Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...

Almaniyanın avtomobil istehsalçısı "Porsche AG" daha geniş biznes optimallaşdırma planının bir hissəsi olaraq iş yerlərinin ixtisarını müzakirə edir. Avtosfer.az-ın "Trend"ə istinadən məlumatına görə, Almaniya mediası yazır ki, "Porsche" şirkətinin baş direktoru Maykl Leyters bildirib ki, "Porsche" rəhbərliyi işçilərin sayının tənzimlənməsi ilə yanaşı, istehsal sahələrinin rəqabət qabiliyyətini təmin etməyə yönəlmiş digər təşəbbüsləri də nəzərdən keçirməklə bağlı işçi nümayəndələri ilə danışıqlar aparır. O, "Porsche" şirkətinin səhmdarlarının illik yığıncağında bildirib ki, danışıqlar tam sürətlə davam edir və ixtisarlar barədə əlavə məlumat hazırda verilə bilməz. Leyters daha əvvəl elektrikli nəqliyyat vasitələrinin tətbiqinin yavaş tempinə, Çin bazarının zəifliyinə və ABŞ tariflərinə cavab olaraq avtomobil istehsalçısının əməliyyatlarını sadələşdirmək və mənfəətini artırmaq üçün strategiyasını yenidən nəzərdən keçirmək planını açıqlamışdı. Şirkət artıq bəzi aktivlərini satmağa başlayıb, o cümlədən "Bugatti" lüks idman avtomobili brendinə sahib olan Buqatti Rimak birgə müəssisəsindəki payını satıb. May ayında "Porsche" batareya biznesi də daxil olmaqla, bir neçə əsas olmayan biznesin bağlandığını elan edib.
Leyters şirkətin əsas biznes sahələrinə diqqət yetirdiyini, əməliyyatlarını bazar şərtlərinə struktur olaraq uyğunlaşdırdığını və onları hərtərəfli optimallaşdırdığını bildirib.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












