Avtomobil nəhəngində təhlükə siqnalı: "Volkswagen" strategiyasını dəyişir

Almaniyanın "Volkswagen" şirkətinin rəhbərliyi arasında aparılan anonim daxili sorğuya əsasən, konserndəki vəziyyət əvvəllər güman edildiyindən daha kəskindir.
Bu barədə Avtosfer.az "Der Spiegel" nəşrinə istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, İdarə Heyətinin 9 üzvündən 6-sı avtomobil nəhənginin hazırkı vəziyyətini "şirkətin mövcudluğunu təhdid edən" kimi xarakterizə edib. Digər üç top-menecer vəziyyəti "gərgin" adlandırıb. Maraqlıdır ki, respondentlərin heç biri "kritik olmayan" variantını seçməyib. İştirakçıların hər biri, xüsusilə Çin və Şimali Amerika bazarlarında şirkətin strategiyasının köklü şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Nəşr bildirir ki, bu misli görünməmiş daxili qiymətləndirmə konsernə daxil olan brendlərin zəif rüblük hesabatları fonunda baş verib. Mütəxəssislər bunu uzun illərdir Almaniya avtomobil sənayesinin simvolu hesab edilən şirkətdə dərin sistemli böhranın əlaməti kimi qiymətləndirirlər.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












