Avtomobil nəhəngləri çip çatışmazlığı fonunda istehsalı dayandıra bilərlər

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti çip tədarükündə yaranan böhran səbəbindən Volfsburqdakı zavodunda “Golf” modelinin istehsalını oktyabrın 23-dən dayandıracaq.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin planına əsasən, bu addımdan sonra “Tiguan”, “Touran” və “Tayron” modellərinin istehsalı da mərhələli şəkildə məhdudlaşdırılacaq. İstehsalın dayandırılmasına səbəb “Nexperia” şirkətindən çip tədarükünün kəsilməsidir. “Nexperia”nın əsas istehsalı Çində yerləşir və Çin hökuməti ABŞ-la yaranan gərginlik fonunda çiplərin ixracını qadağan edib.
“Volkswagen”in məlumatına görə, alternativ çip istehsalçılarının məhsulları sertifikatlaşdırma mərhələsindədir və bu səbəbdən qısa müddətdə istehsalda istifadə oluna bilmir. Hazırda şirkət rəhbərliyi istehsalın hansı zavodlarda və hansı ardıcıllıqla azaldılacağına dair plan hazırlayır. Problem ilk növbədə “Volkswagen” markasının əsas zavodlarına, daha sonra isə “Audi”, “Seat”/“Cupra” və digər markaların istehsal xətlərinə təsir edəcək.
Volfsburqdan sonra şirkətin daha bir neçə zavodlarının da fəaliyyətinin müvəqqəti dayandırılması gözlənilir.
Qeyd edək ki, çip çatışmazlığı nəticəsində Almaniyada on minlərlə işçinin müvəqqəti işsizlik riski ilə üzləşəcəyi ehtimal olunur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












