"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər I oxunuşda qəbul edilib

Parlament müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, quraşdırılması və idarə olunması üçün vahid səlahiyyətli qurumun müəyyənləşdirilməsini ilk oxunuşda təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, paytaxt istisna olmaqla digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə edilməsini və saxlanılmasını vahid qurumun təmin etməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.
"Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola 21 oktyabr 2022-ci il tarixli 614-VIQ nömrəli qanunla qoşulub.
Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən, daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi, qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması, təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər təqdim edir.
CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor iştirakçılarının çevikliyinin və şəffaflığının artmasına ciddi töhfə verəcək.
Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də kağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır, çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb və hər iki forma birlikdə tətbiq olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR











