Avtomobilin nömrəsini itirən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu qədər cərimələnə bilərsiz

Ölkəmizdə avtomobil sahibləri bəzən dövlət qeydiyyat nişanlarının itməsi və oğurlanması problemi ilə üzləşirlər. Xüsusilə, zəif bərkidilmiş nömrələrin itməsi hallarına daha çox rast gəlinir. Bu isə sürücülər üçün vaxt itkisi yaradır və əlavə xərclərlə nəticələnir. Maraqlıdır ki, maşın nömrəsini itirmiş sürücüləri hansı hallarda cərimə gözləyir.
Avtosfer.az-ın məlumatına görə, "Bizim.Media"ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, şəxsi nömrəni itirdiyinə görə cərimə təyin edilməyib, amma nömrəsiz idarə etdiyi üçün qanunvericilikdə cərimə nəzərdə tutulub:
“Qanunvericilikdə itən nömrənin dublikatının verilməsi nəzərdə tutulmayıb. Şəxs məcburdur ki, 30 manat rüsum ödəməklə yeni dövlət qeydiyyat nişanı əldə etsin. Şəxsi nömrəni itirdiyinə görə cərimə təyin edilməyib, amma nömrəsiz idarə etdiyi üçün qanunvericilikdə cərimə nəzərdə tutulub. Nömrənin dublikatının verilməməsi qanunvericilikdə köhnə qaydalarından biridir. Əvvəllər nömrənin üzərində çip olmurdu. Yəni, itən nömrənin başqa nəqliyyat vasitəsinə taxılaraq sürülməsi mümkün idi deyə, qanunvericilikdə həmin nömrə addan çıxarılmalı və yeni nömrə verilməli idi. Hazırda isə yeni texnologiyalara görə, hər bir nömrənin çipi var və harada olmasını müəyyən etmək asandır. Bu səbəbdən həmin qaydalar gələcəkdə dəyişdirilməlidir ki, digər neqativ halların da qarşısı alına bilsin”.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












