"BMW", "Mercedes" və "Audi" salonları kütləvi şəkildə bağlanır

Çində “böyük alman üçlüyü”nün avtosalonları kütləvi şəkildə fəaliyyətini dayandırır. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, 2026-cı ilin başlanğıcı Çin bazarında "BMW", "Mercedes-Benz" və "Audi" üçün uğurlu olmayıb. Dilerlərin təklif etdiyi böyük endirimlər gözlənilməz nəticə verib.
Sedan və krossover modelləri də daxil olmaqla onlarla populyar "BMW" avtomobilində, eləcə də "Mercedes-Benz C-Class" və "Mercedes-Benz GLC" modellərində bəzi bölgələrdə endirimlər 10 faizi keçib. Lakin bu addımlar anbar ehtiyatlarının artıqlığı problemini həll etməyib. Dilerlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hələ 2025-ci ilin ilk yarısında Çində fəaliyyət göstərən avtodilerlərin yarıdan çoxu zərər etdiyini bildirirdi, cəmi 30 faizi isə mənfəətlə işləyə bilirdi. 2026-cı ildə də vəziyyət yaxşılaşmayıb. Fasiləsiz endirimlər səbəbindən yeni premium avtomobillərin satış marjası rentabellik həddindən aşağı düşüb. Alman premium markalarının dilerləri həm strategiyalarını yenidən nəzərdən keçirməyə, həm də gələcək taleləri ilə bağlı qərar verməyə məcbur qalıblar.
Böhran xüsusilə Çin meqapolislərindən kənarda daha qabarıq hiss olunur. Alıcılıq axınının zəif olduğu ikinci və üçüncü səviyyəli şəhərlərdə 2025-ci ilin sonlarından etibarən "BMW", "Mercedes-Benz" və "Audi" təklif edən mərkəzlər kütləvi şəkildə bağlanır. Böyük diler holdinqləri xərcləri azaltmaq üçün rentabelli olmayan şourumları bağlayır və itkiləri minimuma endirmək məqsədilə multibrend formatına keçirlər.
Çinin elektromobil istehsalçıları isə sözün əsl mənasında “avropalıların nəfəsini kəsir”. Avropa brendləri həm qiymət müharibəsində, həm də model çeşidinin aktuallığı uğrunda rəqabətdə geri qalır. Bu bazarda Avropa avtomobil nəhənglərinin gələcək taleyi isə hələlik qeyri-müəyyən olaraq qalır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












