Bu hallarda vəsiqənizdən məhrum ola bilərsiniz - Sürücülərin nəzərinə!

Sürücü olmaq göründüyü qədər sadə deyil. Yol hərəkəti qaydalarının pozulması bəzi hallarda təkcə cərimə ilə deyil, həm də sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması ilə nəticələnə bilər. Avtosfer.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər barədə inzibati protokol tərtib olunur və iş məhkəməyə göndərilir.
Məhkəmənin qərarından asılı olaraq sürücü ya cərimələnir, ya da müəyyən müddətə sürücülük hüququndan məhrum edilir. Bu müddət bir neçə aydan iki ilə qədər dəyişə bilər.
Bundan başqa, yollarda avtoxuliqanlıq edən, digər avtomobillərlə yarış təşkil edən, təhlükəli ötmə əməliyyatları həyata keçirən və digər hərəkət iştirakçılarının həyatını riskə atan sürücülər də məsuliyyətə cəlb edilirlər.
Qanunvericiliyə əsasən, bəzi hallarda sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəmə qərarı tələb olunmur. Belə ki, sürücü bir il ərzində 20 və daha çox cərimə balı topladıqda, inzibati cərimələri vaxtında ödəmədikdə və ya sərxoş vəziyyətdə avtomobil idarə etmə halını təkrar törətdikdə xüsusi hüququnun məhdudlaşdırılması ilə üzləşə bilər.
Eyni zamanda, yol hərəkəti qaydalarının pozulması nəticəsində başqa şəxsin sağlamlığına yüngül xəsarət yetirildikdə və ya maddi zərər vurulduqda da sürücülük hüququnun məhdudlaşdırılması mümkündür. Sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən imtina edən sürücülər barədə də ciddi tədbirlər görülür.
Qeyd edək ki, sürücülük hüququ xüsusi hüquq hesab olunur və bu hüquqdan kobud və ya davamlı şəkildə qayda pozuntularına yol verildiyi halda istifadə məhdudlaşdırıla bilər. Buna görə də sürücülərə yol hərəkəti qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










