Bu ölkədə texniki baxışı avtoservislər həyata keçirir - 10 min usta var

Keçmiş SSRİ məkanında avtomobillərin texniki baxışdan keçirilməsi sırf yol polisinin səlahiyyətindədir. Avropa ölkələrinin çoxunda vəziyyət buna bənzərdir. Lakin hər yerdə sistem eyni deyil.
Avtosfer.az xəbər verir ki, Niderlandda 40 ildir polis texniki baxışla məşğul olmur. 1985-ci ildə həyata keçirilmiş islahatla bu iş avtoservislərə həvalə edilib. Bu da sürücülərə sərf edir. Maşını təmirə gətirən sürücü həm də ona ümumi baxış keçirtdirir. Hazırda Niderlandda 10 min ustanın texniki baxış keçirmək lisenziyası var. Qiymətləri isə özləri müəyyən edirlər.
Belə olan yerdə maraqlı bir sual da ortaya çıxır: bəs pul müqabilində avtomobildəki nasazlığa göz yuman, onu sistemə daxil edən ustalarla necə mübarizə aparılır?
Dövlət qurumları avtoservislərdə xəbərdarlıq etmədən yoxlama aparır, ya da polis texniki baxışdan yenicə keçmiş avtomobili başqa bir servisdə yoxlatdırır. Düzgün işləməyən ustaların lisenziyası həmişəlik ləğv edilir. Buna görə də, saxtakarlığa əl atan ustalara az rast gəlinir.
Başqa Avropa ölkələri də bu təcrübədən bəhrələnmək istəyir.
Vüqar Yaşaroğlu
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












