Çin elektromobilləri Aİ bazarında favoritdir

Çin istehsalı olan elektrik avtomobilləri Avropa İttifaqı (Aİ) ölkələrində daha çox populyarlıq qazanır. Bu trend Mərkəzi Avropa ölkələrində, xüsusən də Macarıstanda müşahidə olunur. Bu ölkədə hökumət artıq müəssisə və dövlət təşkilatları tərəfindən elektromobillərin alınmasına dövlət proqramı dəstəyi elan edib.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bir sıra Çin istehsalçıları artıq bu proqramda iştirak etmək üçün müraciət ediblər.
Dövlət proqramında iştirak üçün Çindən ən çox müraciət edən brend hələ də “BYD”dir. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, bu proqram çərçivəsində 1500-dən çox “BYD” modelinin alınmasına subsidiya əldə etmək üçün müraciətlər olunub. Bundan əlavə, 1100-dən çox “Tesla” modelinin alınmasına dəstək üçün də müraciətlər daxil olub ki, bu da “Tesla”nı bu sxem üzrə ikinci ən populyar brend edir.
Müəssisələr 500-dən çox “Hyundai” modelinin alınmasında dəstək üçün müraciət ediblər ki, bu da onu üçüncü yerə çıxarıb. Proqramda iştirak edən digər populyar elektromobil markaları arasında “Volvo”, “Kia”, “Volkswagen” və “Cenntro” da var.
Hazırda proqram çərçivəsində ümumilikdə təxminən 6800 elektromobilin alınması üçün müraciətlər daxil olub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










