Daha bir avtomobil istehsalçısı Özbəkistanda zavod açır

Özbəkistan hökumətinə təqdim edilmiş avtomobil sənayesinin inkişafı planı ictimaiyyətə açıqlanıb.
Avtosfer.az xəbər verir ki, planda “Volkswagen”in Daşkənd vilayətində zavod açması da yer alır. Sənədə görə ilk mərhələdə iridetallı yığma həyata keçiriləcək. Növbəti mərhələdə istehsal lokallaşdırılacaq.
2025-ci ilin ortalarında “Volkswagen”in Özbəkistanda istehsala başlayacağı ilə bağlı məlumatlar yayılmışdı. İndi məlum olub ki, almaniyalı istehsalçı burada həm öz standartlarını tətbiq edəcək, həm də servis infrastrukturunu təkmilləşdirəcək. Gələn ildən etibarən müxtəlif seqmentlərdən olan 8 modelin istehsalı planlaşdırılır.
2025-ci ildə Özbəkistanda 458 min ədəd avtomobil istehsal edilib. Hədəf 2030-cu ilədək istehsalı 1 milyon ədədə çatdırmaqdır.
Müqayisə üçün deyək ki, avtomobil istehsalının tarixi 100 ili keçən Rusiyada ötən il təxminən 800 min avtomobil hazırlanıb.
Vüqar
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












