Ekspert: Yerli istehsal maşınlarla bağlı marketinq çox bərbad vəziyyətdədir
Avtoxəbər
19 Fevral 2025 15:53

2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.
Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.
Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda avtomobil istehsal edilmir.
“Başqa ölkələrdən detallar gətirilir və burada yığılır. Digər tərəfdən 235 ədəd o qədər də az rəqəm deyil. Amma biz bunu istəmirik. Biz arzu edir ki, gələcəkdə özümüzün bazamız olsun, öz modelimizi yaradaq, avtomobilimizi istehsal edək və milli brendimiz formalaşsın. Başqa ölkələrin məhsullarının burada yığılması ilə isə təcrübə toplamış kimi sayılırıq. Lakin ən yaxşısı o olar ki, biz elə öz brendimizi yaradaq və dünyaya təqdim edək. Ancaq bunun hazırda nə dərəcədə real və mümkün olduğunu deyə bilmərəm. Mənə elə gəlir ki, bir gün bu baş tutacaq. Həmçinin Azərbaycanda yığılan bu avtomobillərə də kifayət qədər maraq var. Hətta bir maşın modeli var ki, onun satışı ilə bağlı əməlli başlı növbələr yaranır. Sadəcə yerli istehsal maşınlarda, azərmarş, digər xarici Çindən və digər ölkələrlə müştərək yığılan şirkət maşın brendləri heç vaxt reklam kampaniyasına üstünlük vermirlər və öz məhsullarını bazarda reklam etmək istəmirlər. Arxayındılar ki, yerli istehsaldır deyə gəlib hamı alacaq, amma elə şey yoxdur. Dünyanın ən məşhur brendləri bu gün öz reklamlarını, davam etdirir. Azərbaycanda üç dənə, başqa ölkənin kopyası yığılır və hansısa brendin burada nüsxəsi yaradılır. Özlərini elə aparırlar elə bil ki, dünyanın ən məşhur avtomobil şirkətləri bunlardır. Reklam, təbliğat və öz məhsullarını satmaq bacarığı yoxdur. Ümumiyyətlə yerli istehsal maşınlarla bağlı marketinq çox bərbad vəziyyətdədir, problem də elə bundan irəli gəlir”.(sherg.az)
Oxunub : 1726
DİGƏR XƏBƏRLƏR
10 Noyabr 2026 09:28
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
8 Noyabr 2026 20:46
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
7 Noyabr 2026 14:00
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
6 Noyabr 2026 22:43
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
6 Noyabr 2026 21:10
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
6 Noyabr 2026 15:41
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
5 Noyabr 2026 23:41
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
5 Noyabr 2026 21:19
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
5 Noyabr 2026 12:53
Avtomobil sənayesi üçün yeni güzəşt
5 Noyabr 2026 11:41
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
5 Noyabr 2026 09:46
Avtomobilin boyasını necə qorumalı?
4 Noyabr 2026 15:30
Dizellə işləyən maşınlar qadağan edilir?
ŞƏRH YAZ












