Elektrik avtomobili böhranı: 100 min maşınla bağlı qərar verildi

Elektrik avtomobil bazarında narahatlıq yaradan yeni hadisə baş verib – Almaniyanın avtomobil nəhəngi Volkswagen kütləvi geri çağırma qərarı ilə gündəmə gəlib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata əsasən, şirkət təxminən 100 minə yaxın elektromobili akkumulyator problemi səbəbindən geri çağırır. Bu qərar əsasən Volkswagen-in ID seriyasına aid modelləri, eləcə də Cupra Born avtomobillərini əhatə edir.
Bildirilir ki, problem batareya modullarının texniki standartlara tam uyğun olmaması ilə bağlıdır. Bu nasazlıq avtomobillərin yürüş məsafəsini azalda bilər, eyni zamanda ən təhlükəli ssenari kimi akkumulyatorun qızaraq alışma riskini də artırır.
Məlumata görə, geri çağırma 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş modellərə şamil edilir. Almaniyada bu kampaniya çərçivəsində on minlərlə avtomobilin olduğu qeyd edilir.
Şirkət problemin aradan qaldırılması üçün proqram təminatının yenilənməsi, yüksək gərginlikli batareyaların yoxlanılması və zərurət yarandıqda bəzi komponentlərin dəyişdirilməsini planlaşdırır.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












