Elektrikli avtomobil almazdan əvvəl nəyi bilməlisiniz? - VACİB MƏSLƏHƏTLƏR

Sürücülük təlimatçısı Xloya Miller-Eyrd ilk elektrik avtomobilini almadan əvvəl bilmək istədiyiniz bir neçə şeyi açıqlayıb. Avtosfer.az “Lent.az”a istinadla xəbər verir ki, qadın xüsusən də TikTok videosunda avtomobilin əvvəllər bilmədiyi xüsusiyyətlərini paylaşıb.
"Axırıncı avtomobilimi dəyişməzdən əvvəl çox araşdırma aparmağa vaxtım yox idi və ehtiyaclarımı qarşılayan yeganə seçim tam elektrik avtomobili idi. Mən əvvəllər eyni hibrid avtomobili sürmüşdüm. Fərqin bu qədər böyük ola biləcəyini düşünmürdüm və rəqəmlər olduqca məntiqli idi. Seçdiyim üçün peşman deyiləm, amma kaş ki, bu barədə əvvəlcədən xəbərdar olaydım", - Miller Eyrd deyib.
Təlimatçı avtomobil parkının enerji doldurma məntəqəsində video çəkib. O, vurğulayıb ki, stansiyada “300 kVt-a qədər” göstərilsə də, əslində bu, həmişə belə deyil.
"Bu o demək deyil ki, siz 300 kilovat doldurma əldə edəcəksiniz. Baxmayaraq ki, burada yazılsa da, bəzən sadəcə 24 kilovat əldə edəcəksiniz. Səbəb odur ki, akkumulyator 80 faizə çatanda batareyanı qorumaq üçün doldurma sürəti əhəmiyyətli dərəcədə yavaşlayır. Ancaq bundan əvvəl də 300 almayacaqsınız, çünki hər istehsalçı şarj sürətinə məhdudiyyətlər qoyur".
Təlimatçı sonra əlavə edbi ki, o, heç vaxt bilmirdi ki, batareyanın uzunömürlülüyünü qorumaq üçün onun tutumunun yalnız 80 faizdən istifadə etməyə dəyər.
"Bu o deməkdir ki, əgər sizin avtomobiliniz 280 mil (450 kilometr – red.) məsafə qət edirsə, siz real olaraq bu məsafənin 80 faizindən istifadə edəcəyinizi gözləmək olar", - ekspert qeyd edib.
Xloya belə qənaətə gəlib ki, ev şarj cihazları "çox bahadır" və quraşdırılması 1000 dollardan çox başa gələ bilər. Onlar olmadan, o deyir ki, "olduqca bahalı" olan ictimai şarj cihazlarından istifadə etməlisiniz.
Müsbət tərəfini də deyir:
"Ancaq diqqətlə sürsəniz, əslində iddia ediləndən daha çox yürüş əldə edirsiniz".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












