Elektrikli avtomobillər litiuma tələbatı 3,5 dəfə artıracaq

Dünyada metallar arasında litiuma tələbat ən sürətli artım göstərir və tələbat əsasən elektrikli nəqliyyat vasitələri bazarının inkişafı sayəsində artır.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunur.
Hesabatda deyilir ki, Litium tələbat baxımından ən sürətlə böyüyən kritik mineraldır. Litiuma tələbat növbəti iki onillikdə güclü şəkildə artmağa davam edəcək və 2025-ci illə müqayisədə 2040-cı ilə qədər 3,5 dəfə artacaq. Elektrikli nəqliyyat vasitələri əsas bazarlarda genişlənməyə davam etdiyindən, onlar əsas artım mənbəyi olaraq qalır.
Lityumun əksər hissəsi elektrikli nəqliyyat vasitələri üçün lityum-ion batareyalarının istehsalına sərf olunur.
Hesabatda təqdim olunan qrafikə görə, qlobal litium istehlakı 2020-ci ildən 2025-ci ilə qədər dörd dəfə artaraq 250.000 tonu keçib. 2040-cı ilə qədər isə təxminən dörd dəfə artaraq təxminən 1 milyon tona çatacaq.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












