Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobil sahiblərinin çoxu batareyanın 80 faizə qədər sürətlə dolduğunu, bundan sonra isə şarj prosesinin xeyli yavaşladığını müşahidə edir.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Supercar Blondie" bunun səbəblərini izah edib.
Məlumata görə, batareya 80 faizə qədər dolarkən daxilində enerji üçün kifayət qədər boş yer olur və bu səbəbdən enerji sürətlə ötürülür. Lakin batareya tam dolmağa yaxınlaşdıqca proses daha mürəkkəb hala gəlir. Mütəxəssislər bildirirlər ki, son 20 faizdə təhlükəsizlik limiti işə düşür. Batareyanın dolması ilə gərginlik artır və təhlükəli səviyyəyə yaxınlaşır. Bu səbəbdən elektromobilin idarəetmə sistemi, yəni "beyni” batareyanın həddindən artıq isinməsinin və tez köhnəlməsinin qarşısını almaq üçün enerji ötürülməsini avtomatik şəkildə azaldır.
Batareyanın işi litium-ionların anodlara hərəkəti prinsipi ilə qurulub. Əgər enerji çox sürətli ötürülsə, litium-ionlar düzgün yerləşə bilməz. Bu proses "litium örtüklənməsi” adlanır və baş verdikdən sonra onu aradan qaldırmaq mümkün olmur.
Məhz buna görə bir çox elektromobil istehsalçıları batareyanın gündəlik istifadədə 80 faizdən artıq doldurulmamasını tövsiyə edirlər. Bu üsul həm kifayət qədər yürüş məsafəsi təmin edir, həm şarj müddətini qısaldır, həm də batareyanın ömrünü qorumağa kömək edir.
Bu arada "BMW" şirkətinin batareya istehsalı üzrə direktoru Markus Fallbohmer və "BMW" Neue Klasse proqramının rəhbəri Mike Reichelt Çin istehsalı olan bəzi elektromobillərin yüksək sürətli şarj imkanlarının müəyyən mənfi təsirlərlə müşayiət olunduğunu bildiriblər.
Onların sözlərinə görə, şarj sürətini artırmaq mümkündür, lakin bu zaman batareyanın davamlılığı və digər texniki göstəricilər baxımından kompromislərə getmək lazım gəlir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












