Elektrikli avtomobillərin təhlükəsi: səssizlik qəzalara səbəb olur

Avropada aparılan son araşdırmalar elektrikli avtomobillərin gözlənilməz bir təhlükəsini üzə çıxarıb. Məlum olub ki, bu nəqliyyat vasitələrinin səssiz işləməsi piyadalar, xüsusən də uşaqlar və yaşlı insanlar üçün risk yaradır. Avtomobillərin yaxınlaşmasını eşitməyən piyadaların qəfil yola çıxması nəticəsində qəza halları artır.
Avtosfer.az bildirir ki, daxili yanma mühərrikli maşınlarla müqayisədə elektrikli avtomobillərin səs çıxarmaması piyadalar üçün təhlükənin hiss edilməsini çətinləşdirir. Bu da diqqətsiz anlarda yol-nəqliyyat hadisələrinin sayını artırır.
Məhz bu səbəbdən Avropa İttifaqının bir sıra ölkələrində artıq yeni qaydalar tətbiq olunub. Həmin qaydalara əsasən, istehsal edilən elektrikli avtomobillərə xüsusi süni səs sistemi quraşdırılması məcburidir. Bu sistem vasitəsilə avtomobil müəyyən sürət həddində hərəkət edərkən xaricə eşidilən səs buraxır və piyadaları xəbərdar edir.
Ekspertlər hesab edirlər ki, belə texniki həllər həm yol hərəkəti təhlükəsizliyini artıracaq, həm də elektrikli nəqliyyat vasitələrinin istifadəsinə inamı gücləndirəcək. Bununla yanaşı, piyadaların da diqqətli olması, xüsusən telefon və qulaqcıq istifadəsini minimuma endirməsi vacib amillər sırasında göstərilir.(pravda.az)
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












