Elektromobil 0 faiz batareya ilə nə qədər yol gedə bilər? - FOTO

Elektromobil sayı artdıqca batareyası boşalıb yolda qalan sürücülərin də sayı artır. Daxiliyanma mühərrikli avtomobildə yanacağın işığı yandıqda hələ 50-70 kilometr getməkl mümkündür. Bəs elektromobil batareyası faiz göstərdikdə nə qədər getmək mümkündür?
Avtosfer.az xəbər verir ki, məsələni Almaniyanın ADAC avtomobil klubu araşdırıb. Sınaqlar keçmiş aviabazada həyata keçirilib. əvvəlcədən sınaq üçün seçilmiş maşınlarda batareyalar 0 faiz göstəricisinədək boşaldılıb. Sınaq üçün Volkswagen ID.3, Tesla Model Y, Kia EV6, Volvo EX40, BYD Seal və Nio EL6 seçilib.
Sınaq zamanı batareya göstəricisi 0 faiz olduqda heç bir elektromobil dərhal dayanmayıb. Elektron sistem gücü azaldıb və maşınlar 15-20 kilometr arası yol qət ediblər.
Batareyanın azalması barədə hər elektromobil ayrı formada xəbərdarlıq edib. Məsələn, Kia batareyanın 79 faizi işləndikdə sürücüyə xəbərdarlıq edib və gücü azaldıb. Halbuki, hələ bununla 70 kilmetr getmək mümkün idi. Volvo xəbərdarlıq edəndə isə batareyanın 93 faizi boişalmışdı. Qəza rejimində bu maşınla 9 kilometr getmək mümkün oldu.

ADAC tövsiyə edir ki, ənənəvi avtomobildə olduğu kimi elektromobildə də son anı gözləmək olmaz. Bir neçə litr yanacaqla hərəkət təhlükəli olduğu kimi, bir-neçə faizlik batareya ilə də sürüş risklidir. Elektromobilin batareyasının ömrünü uzatmaq üçün onun 20 faizdən çox boşalmasına imkan verilməməlidir.
Ən əsası, sınaq təzə maşınlarla, boş yolda, yay rejimində aparılıb. Köhnə elektromobildə, tıxacda isə bu göstəricilər yarıbayarı aşağı düşəcək.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












