Elektromobil polisin işinə yaramadı

Daha ekoloji seçim və daha az xərc üçün Avstriya polisi 2024-cü ildə elektromobili sınaqdan çıxarmaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, polis bu məqsədlə 23 “Volkswagen ID.3” və bir “Porsche Macan” alıb. Müxtəlif briqadalarda xidmət aparan maşınlardan narazılıq ilk həftələrdən ortaya çıxıb.
Polis avtomobillərin keyfiyyəti ilə bağlı heç bir irad bildirməyib. Sadəcə olaraq, bu texnika polisin gündəlik işinə yaramır.
Batareyalar elə idarənin şəbəkəsindən dolsurulduğu üçün proses böyük vaxt alır. Təcili əməliyyat zamanı maşın çatışmır. Ən əsası isə mağistral yolarda və təqib zamanı elektromobildən istifadə etmək mümkün olmur.
Qışın sərt keçməsi də təsirini göstərib. Boşalan batareyalara və artan elektrik sərfiyyatına görə polis yenə də dizel mühərrikli maşınların ümidinə qalıb.
Avstriya polisinin 2 illik təcrübədən sonra qənaəti belədir: elektromobil mülki istifadəyə çox yaxşıdır, lakin gündəlik polis fəaliyyəti üçün yaramır. Elektromobillər polisdə yalnız xidməti avtomobil və təchizat maşını kimi istifadə edilə bilər.
Vüqar Yaşaroğlu
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












