Elektromobil üçün kömür sobası - FOTO

Elektromobillərin salonunun qışda isidilməsi, yayda isə soyudulması ciddi problemi 100 ilə yaxındır həll olunmur. Buna görə də qışda bahalı elektromobildə qalın geyinən, yaxud yayın istisində pəncərələri açıq sürücüləri gördükdə təəccüblənməyin.
Avtosfer.az xəbər verir ki, Çin şirkətlərindən biri problemin həllini tapdığını iddia edir (bu marka Azərbaycanda təmsil olunmur). Bildirilir ki, yeni layihələndirilmiş elektromobil “isti döşəmə” sistemi ilə təchiz edilib. Batareyanın qızmasından yaranan istilik döşəməyə ötürülür və “maşındakılar özlərini evdəki kimi hiss edirlər”.
Lakin yeni sistemin elektromobilin gediş ehtiyatına təsiri, kəskin şaxtada davranışı kimi məsələlər açıqlanmır.
Qeyd etdiyimiz kimi, elektromobillərin salonunun qışda isidilməsi 100 il əvvəl də problem idi. lakin 20-ci illərdə ABŞ-də bir şirkət həll yolunu tapmışdı: salona nazik metaldan hazırlanmış kömür sobası yerləşdirilirdi. Bu soba qızdırıldıqda salonda istiliyi bir neçə saat təmin edirdi.
Vüqar Yaşaroğlu

Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












