Elektromobillər daha tez dəyər itirir – TƏDQİQAT

Daxiliyanma mühərrikli avtomobillər 3 il ərzində maksimum 39 faiz dəyər itirdiyi halda, elektromobillərdə bu göstərici 50 faizi ötür.
Avtosfer.az xəbər verir ki, bu nəticəyə Britaniya və Koreya universitetlərinin əməkdaşları birgə tədqiqat nəticəsində gəliblər. ABŞ-də isə ucuzlaşma daha ciddidir. Elektromobillər bu ölkədə 3 il ərzində 60 faizdən çox dəyər itirir.
Elektromobillərin sürətlə ucuzlaşması taksi və avtomobil icarəsi ilə məşğul olan şirkətlərə daha çox zərər vurur. 2 il işlənmiş maşınları bazara çıxardıqda müştəri tapılmır. Məsələn, Hindistanda bir şirkətin işlənmiş 5000 ədəd elektromobilinə müştəri tapılmır.
Fiziki şəxsləri elektromobilin batareyasının vəziyyəti narahat etdiyi halda, şirkətləri aldıqları texnikanı təkrarən sata bilmək maraqlandırır.
Tanınmış markaların elektromobilləri çox ciddi dəyər itirməsə də, Çin modelləri çox sürətlə ucuzlaşır. Bazarda ən az qalıq dəyəri olan modellər BYD, “Nio” və “Xpeng”dir.
Vüqar Yaşaroğlu
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












