Elektromobillər sonsuzluq yaradır? – Androloqdan AÇIQLAMA

Son zamanlar bəzi sosial postlarda elektrik avtomobil sürənlərdə androloji problemlər yaranması ilə bağlı etiraflar dolaşır. Bu tip iddialar tez-tez elektromaqnit sahəsinin təsiri və ya radiasiya ilə əlaqələndirilir.
Elektromobillərdə şüalanmanın olduğu danılmazdır və insan orqanizminə təsirsiz ötüşmür.
Bəs konkret olaraq kişi reproduktiv sağlamlığına təsir etməsi, sonsuzluq yaratması iddiası doğrudurmu?
Həkim-androloq Hidayət Mustafayev öz paylaşımında bildirir ki, elektromobillər sonsuzluğa səbəb ola bilər:
“Elektriklə işləyən avtomobillərdə yüksək həssaslıq, şüalanma, radiasiyanın olması ehtimalının olub-olmaması araşdırılmalıdır. Elektromobil nəqliyyat vasitələri almaq istəyən şəxslər öncədən həkimlə də məsləhətləşməlidirlər. Əsas iki aspektə nəzər yetirmək lazımdır.
Birincisi qeyd etdiyim şüalanma məsələsi, digəri isə elektrik səviyyəsinin yüksək olması nəticəsində ionlaşma məsələsidir. Eyni zamanda elektromobil maşınlardan istifadə qan dövranının, prostat vəzinin funksiyasının pozulmasına gətirib çıxara bilər. Ona görə də elektromobil almazdan öncə onu yoxlamalı və sağlamlığınızı təhlükə altına atmamaq üçün mütləq həkimlə danışmalısınız”.
Amma Ümumdünya Səhiyyə Təşkilatı və digər mütəxəssis qurumlar tərəfindən aparılmış araşdırmalarda “elektromaqnit sahələrinin kişi sağlamlığına təsiri” ilə bağlı aiddiyyəti sübutlar çox zəif və qeyri-qəti olaraq qiymətləndirilir. Bildirilir ki, elektrik avtomobillərdə şüalanma mobil telefon, Wi-Fi və digər texnologiyaların yayımladığı şüa qədərdir.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












