Elektromobillərdə qış təkərinə ehtiyac varmı?

Qış artıq özünü göstərməyə başlayıb. Azərbaycanda kiçik istisnaları və işğaldan azad edilmiş əraziləri nəzərə almasaq, hər yerin həftələrlə qarla örtülü olmasına rast gəlinmir. Lakin bu, qış təkərinin zəruriliyini istisna etmir.
Avtosfer.az xəbər verir ki, qış təkərinin təkcə Rusiya kimi qarlı, buzlu ölkələr üçün zəruri olması fikri yanlışdır. Ən yaxşı yay təkəri belə, soyuq havada sərtləşir və yerlə lazımi səviyyədə kontaktı təmin edə bilmir. Temperaturun sıfırdan aşağı düşməsi də bunun üçün şərt deyil. Soyuq asfalt və ya yağış kontaktın itməsi üçün kifayətdir.
Son vaxtlar istər Azərbaycanda, istərsə də xaricdə belə bir düşüncə hakim olub ki, elektromobillərdə mühərriklə tormozlama daha səmərəli olduğu üçün qış təkərinə ehtiyac yoxdur. Bu texnikanın tormoz yolu qısadır, tormozlama zamanı ötürmə dəyişmədiyi üçün sürüşmə riski də azdır.
Fikir nəzəri olaraq doğrudur. Praktikada isə yay vaxtı özünü doğruldur. Fırlanma momenti böyük olduğu üçün qış mövsümündə, yağışlı və buzlu yolda elektromobil kəskin sürətlənmə zamanı yay təkərlərinə görə idarəetmədən çıxa bilər. Digər tərəfdən, elektromobillər daha ağır olduğu üçün dayanmaq üçün daha uzun tormoz məsafəsi tələb edir. Fizikanın bu qanununu heç kim dəyişməyib.
Bu səbəbdən həm istehsalçılar, həm də ekspertlər soyuq havalarda bütün nəqliyyat vasitələrində qış şinlərindən istifadəni tövsiyə edirlər. Ən mükəmməl tormoz sistemi belə, mövsümə uyğun olmayan və ya istismar müddəti başa çatmış şinlərlə tandemdə səmərəsizdir.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












