Elektromobillərə maraq niyə azalıb?

Elektrikli avtomobillərə hazırda maraq böyükdür. Amma elektrikdoldurma stansiyalarının sayının azlığı, bu sahədə peşəkar mütəxəssislərin çatışmazlığı müəyyən çətinliklər yaradır.
Avtosfer.az xəbər verir ki, bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı elektrikli avtomobillərin gələcəyini şərh edərkən deyib.
Onun sözlərinə görə, son dövrlər insanlar yaşadıqları evlərin həyətində və ya binalarda elektrikli avtomobillər üçün şarj imkanlarının yaradılmasını istəyirlər:
“Lakin bu da müəyyən problemlər yaradır. Məsələn, son vaxtlar bir binada baş verən yanğına elektrikli avtomobilin şarj edilməsinin səbəb ola biləcəyi barədə iddialar səsləndirildi.
Ümumilikdə, elektrikli avtomobillər hazırda avtomobil sənayesinin ən yeni mərhələsi hesab olunur. Ancaq gələcəkdə daha fərqli texnologiyalar da meydana çıxa bilər. Məsələn, hidrogenlə işləyən avtomobillərin geniş yayılması mümkündür”.
E.Muradlı qeyd edib ki, elektrikli avtomobillərə tələbat var və onların elektrik enerjisi ilə işləməsi əsas üstünlüklərindən biridir:
“Bununla yanaşı, batareyaların utilizasiyası kimi məsələlər hələ də tam həllini tapmayıb. İstehsal və satış artsa da, bu kimi yan prosesləri də nəzərdən qaçırmaq olmaz. Bu, ciddi yanaşma tələb edən mühüm məsələdir.
Son dövrlərdə elektrikli avtomobillərə maraq müəyyən qədər azalıb. Bunun əsas səbəbi isə bu ildən etibarən elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlərin ləğv edilməsidir. Gələcəkdə bu güzəştlər yenidən tətbiq olunarsa, bazarda daha əlçatan və münasib qiymətə elektrikli avtomobillərin sayının artacağını gözləmək olar”./axar.az
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












