Elektromobillərlə bağlı sensasion iddia – Ölümcül xəstəliklərə səbəb olur?

Elektrik mühərrikli avtomobillərə tələbat gün keçdikcə daha da artır. İmkanı olan hər kəs bu maşınlardan əldə etmək istəyir. Çünki bu avtomobillər daha az xərc tələb etməklə yanaşı, həm də komfortludur. Amma bir məsələ var ki, elektrik avtomobillər haqqında müəyyən xoşagəlməz iddialar da var. Xarici ekspertlər iddia edir ki, elektrik avtomobillərinin akkumlyatorları radiasiya ötürür. Ona görə də bu avtomobillərdən daha çox istifadə edənlərin səhhətində ciddi narahatlıqlar yaranır. Son nəticədə kişi sürücülər onkoloji, qadın sürücülərsə ginekoloji xəstəliklərə yoluxurlar.
Bu iddialar nə dərəcədə reallığa uyğundur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan radioloq, tibb eksperti Aydın Əliyev deyib ki, belə məlumatlar var:
“Amma bunun hələ ki, sübutu təqdim edilməyib. Ola bilsin ki, elektrik avtomobilləri radiasiya ötürür. Bunu bilməyin ən asan yolu odur ki, avtomobil sahibi məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin radiasiya təhlükəsizliyi ilə bağlı qurumuna müraciət etməlidir. Müraciətə əsasən həmin qurum elektrik avtomobilini yoxlayıb, rəy verir. Yalnız bundan sonra konkret danışmaq olar. İndiki halda nəsə demək çətindir”.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












