Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi artırıldı – Bu qədər oldu

Gürcüstan parlamenti ölkəyə idxal edilən minik avtomobilləri üçün gömrük rəsmiləşdirilməsi rüsumlarının yenidən nəzərdən keçirilməsini və 6 ildən çox yaşı olan avtomobillər üçün aksiz vergisinin artırılmasını nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, layihə 72 deputatın lehinə, 11 nəfərin isə əleyhinə səs verməsi ilə təsdiqlənib.
Qanunvericiliyə dəyişikliklər hakim "Gürcü Arzusu" fraksiyasının deputatları tərəfindən irəli sürülüb.
Yeni qaydalara əsasən, 0-6 yaş arası minik avtomobilləri üçün aksiz vergisi mühərrik həcminin hər 1 sm³-i üçün 1,5 lari, 6 ildən yuxarı avtomobillər üçün isə 4,5 lari müəyyən edilib.
Dəyişikliklərə əsasən, əvvəlki aksiz dərəcələrini müəyyən edən bölmə ləğv olunur və onun yerinə baza dərəcəsi və xüsusi halları tənzimləyən yeni mexanizm tətbiq edilir. Hibrid avtomobillər üçün 60 faiz güzəşt saxlanılır, sağ sükanlı nəqliyyat vasitələri üçün isə baza dərəcəsindən üç dəfə yüksək vergi tətbiq ediləcək. Sağ sükanlı elektrik avtomobilləri üçün aksiz dərəcəsi 3000 lari müəyyən olunub.
Qanunun keçid müddəalarına görə, 2 aprel 2026-cı il tarixindən əvvəl idxal edilmiş və ya idxal məqsədilə daşınmasına başlanılmış nəqliyyat vasitələri əvvəlki aksiz dərəcələri ilə rəsmiləşdiriləcək. Quru nəqliyyatı ilə daşınan və ya öz hərəkəti ilə gətirilən avtomobillər üçün bu güzəşt yalnız 1 iyul 2026-cı ilədək ölkəyə daxil olduqları halda qüvvədə olacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












