Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Gələn ildən ...

Vergi güzəştlərinin ləğvi ilə bağlı rəsmi qərar hələ qüvvəyə minməsə də, bazarda, xüsusilə hibrid avtomobillərin qiymətində artım müşahidə olunur.
Maraqlıdır, bahalaşmanın əsas səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi barədə rəsmi məlumat olmasa da, gələn ilin dövlət büdcəsində bu kateqoriyaya aid hər hansı güzəşt nəzərdə tutulmayıb.

“Elektromobillərlə bağlı güzəştlər davam etdiriləcək, onlar ƏDV-dən azad olunacaq. Lakin hibrid avtomobillərlə bağlı hər hansı güzəştin davam etdirilməsi barədə məlumat yoxdur. Bu isə ehtimal yaradır ki, gələn ildən hibrid avtomobillərə tətbiq edilən güzəştlər ləğv oluna bilər,” – deyə ekspert bildirib.
Eldəniz Cəfərovun sözlərinə görə, bu qeyri-müəyyənlik bazarda qiymət artımına səbəb olub:
“Hazırda hibrid avtomobillərin qiymətləri təxminən 10 faiz bahalaşıb. Yanvar ayından sonra isə bu artımın 20 faiz civarında olacağı gözlənilir”.
Ekspert əlavə edib ki, qiymət artımı əsasən idxal proseslərində yaranan risklər və alıcıların tələbinin artması ilə bağlıdır.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












