Hibrid və elektrik avtomobillər bahalaşacaq - BU TARİXDƏN

Məlum olduğu kimi 1 yanvar 2022-ci ildən hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu hesaba da ölkəmizə gətirilən yeni avtomobillər xeyli ucuzlaşıb. Nəticədə həm qiymətlərdə sürətli eniş baş verib, həm də avtopark xeyli dərəcədə yenilənib.
Lakin ilin sonuda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı məlum deyil.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, hibrid və elektrik avtomobillərə vergi güzəşti bu ilin sonuna qədər tətbiq edilib:
“Artıq 3 ildir ki, bu avtomobillər həm ƏDV-dən, həm də gömrük rüsumundan azaddır. Yalnız gömrük əməliyyatları üçün cüzi bir vəsait ödənilirdi. Bu hesaba da ölkəmizə gətirilən hibrid və elektrik avtomobillər xeyli ucuz başa gəlirdi. Artıq güzəşt müddəti sona çatmaqdadır.Əgər güzəşt müddəti uzadılmasa o zaman 2026-cı ilin yanvar ayından ölkəmizə gətirilən hibrid və elektrik avtomobillər kəskin bahalaşa bilər. Bu da təəssüf doğuraqcaq haldır”.
Müsahibimiz qeyd edib ki, güzəştlər ləğv edilsə, büdcə daxilolmaları artacaq:
“Lakin nəzərə alaq ki, adı çəkilən avtomobillərə tətbiq edilən vergi güzəştləri ölkəmizdə avtoparkın yenilənməsi üçün unikal bir fürsətdir. Ən azından taksi parkı Bakıda 75-80 faiz yenilənib. Fərdi avtomobillərdə də istismar müddəti başa çatmış maşınların da dövriyyəsi azalıb.
Üstəlik, yeni avtomobillər hər kəs üçün əlçatan olub. Bu da sosial ədalətin bir göstəricisidir.
Əgər güzəştlər ləğv edilsə, nəinki yeni avtomobillər bahalaşacaq, eyni zamanda ikinci əl maşınlara yenidən maraq artacaq. Nəticədə CO2 emissiyasının həcmi artacaq, texniki cəhətdən nasaz avtomobillər yenidən dövriyyəyə qayıdacaq. Bu da insan sağlamlığına hərtərəfli şəkildə mənfi təsir edəcək. Ümid edək ki, hökumət hibrid və elektrik avtomobillərə vergi güzəştinin müddətini uzadacaq”.(bizim.media)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












