Hibrid və elektromobillərlə bağlı qalmaqallı həqiqət - Satıcılar nəyi gizlədirlər? - VİDEO

"Beş ay əvvəl 22 500 manata satdığım maşını 21 min manata alan yoxdur. Hamı ucuz olduğu üçün Çin avtomobilini alır". Avtosfer.az xəbər verir ki, bunu “Baku TV”yə açıqlamasında avtomobil alverçisi bildirib. Onun dedikləri rəsmi statistikada da öz əksini tapır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə gətirilən ənənəvi minik avtomobillərinin orta qiyməti 13 147 ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz çoxdur. Halbuki hibrid avtomobillərdə 40 faiz ucuzlaşma olub.
Belə ki, 2024-cü ilin ilk iki ayında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 32 178 dollar olsa da, 2025-ci ildə qiymət 19 304 dollara enib.
Bu il, həmçinin elektromobillərin qiyməti 7.4 faiz ucuzlaşıb. Əgər 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 42 241 dollar olubsa, 2025-ci ilin eyni dövründə qiymət 39 107 dollara düşüb.
Ekspert Eldəniz Cəfərov deyir ki, ucuzlaşma ölkəyə qanunsuz yollarla maşın gətirilməsi ilə bağlıdır:
"Rəsmi diler və distribütoru olan şirkətlər avtomobili 50 min manata satırsa, hansısa ölkələrin daxili bazarı üçün istehsal olunmuş maşınlar buraya gətiriləndə müxtəlif reklam kampaniyaları ilə iki dəfə ucuz qiymətə təklif olunur. Halbuki həmin avtomobillərin istehsalçı zəmanəti olmur".
Daha ətraflı videomaterialda:
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












