İkinci əl avtomobillərin qiyməti aşağı düşür - SƏBƏB AÇIQLANDI

"Hibrid avtomobil alınarkən güzəşt tətbiq edilir və bu güzəştin müddəti bu ilin sonunda bitir. Əgər güzəşt müddəti artırılmasa, yanvar ayından etibarən hibrid avtomobillər gömrükdən keçəndə 18% əlavə dəyər vergisinə cəlb olunacaqlar".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a iqtisadçı Xalid Kərimli Azərbaycana idxal olunan avtomobillərin sayının artmasından danışarkən bildirdi.

"İnsanlar nisbətən əlverişli qiymətə gələn bu avtomobillərə baxırlar, bu avtomobilləri alırlar. İkinci əl avtomobil bazarında insanlar avtomobillərini sata bilmirlər, qiymətlər aşağı düşüb. Çünki çox adam fikirləşir ki, gedib 25-30 minə köhnə ikinci əldən maşın alacağıma, 25-30 minə hibrid təzə avtomobil alım. Amma fikirləşməyək ki, hibrid avtomobillər çox gətirildiyinə görə onların qiyməti düşəcək. Əksinə, ikinci əl avtomobillərin qiyməti aşağı düşür. Avtomobil bazarının strukturu dəyişib. Əvvəl daha çox avtomobillər Avropadan, Amerikadan gətirilirdisə, indi daha çox Çindən, Koreyadan, Yaxın Şərqdən gəlir", - deyə iqtisadçı vurğuladı.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












