"İkinci əl maşınlar elektromobillərə tələbatı azaldıb" - AÇIQLAMA

Azərbaycanda elektrik avtomobillərinə güzəştlərin olmasına baxmayaraq onlara tələbdə zəifləmə müşahidə edilir. Elektrik avtomobillərinin idxalına daim güzəşt olub, hətta bəzi illərdə 3 ilə qədər istehsal tarixi olan elektrik avtomobillərinin idxalına görə xidmət haqqından başqa heç bir ödəniş tələb olunmayıb.
Buna baxmayaraq 2025-ci ildə elektrik avtomobillərin idxal sayı 2028 ədədə düşüb. Bu göstərici 2024-cü ildə 3027 ədəd, 2023-cü ildə 3102 ədəd idi.
Bəs daha çox güzəştə baxmayaraq elektrik avtomobillərinin idxalının azalması nə ilə bağlıdır? Qarşıdakı illərdə də idxalda azalma olacaqmı?
Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, Azərbaycan avtomobil bazarı yalnız Bakı ilə məhdudlaşmır. Onun sözlərinə görə, paytaxtda elektromobillərə keçid prosesi çox sürətli baş verib:
“Güzəştlər və qiymət endirimləri fonunda həm elektromobillərə, həm də hibrid avtomobillərə maraq artdı. 2026-cı ilin yanvarın 1-nə qədər tətbiq olunan güzəştlər bu prosesi kütləvi şəkildə dəstəklədi və istehlakçıların istədiyi təqdirdə elektromobilə keçid etməsinə imkan yaratdı. Lakin region bazarlarında ikinci əl avtomobillərə üstünlük verilməsi prosesi yavaşlatdı. Yanvar ayından sonra güzəştlərin aradan qaldırılması və idxal rüsumlarının artması elektromobillərin qiymətinin bahalaşmasına səbəb oldu və idxal, eləcə də satışlarda azalma müşahidə olundu”.
Ekspert qeyd edib ki, bundan əlavə, elektromobillərlə bağlı anti-kampaniyalar da alıcılığa təsir göstərib:
"Bakı prospektlərində, Qaradağ yolunda baş verən yanma hadisələri və şarj infrastrukturunun yetərsizliyi sosial mediada yayılan narahatlıqlara səbəb oldu. Nəticədə, bazarda elektromobillərə maraq əvvəlki pik dövrə nisbətən zəifləyib və satışlarda geriləmə var. Hələ ki taksi xidmətləri elektromobilləri istifadə edir, amma ümumi tendensiya durğunluq göstərir, yəni yalnız keyfiyyətli və tanınmış avtomobillərə tələbat yüksəkdir”./sfera.az
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












