İlk robot taksilər bu tarixdə YOLLARA ÇIXIR

Elon Musk Tesla-nın avtonom nəqliyyat sahəsində mühüm addım atacağını açıqlayıb. Onun sözlərinə görə, şirkətin ilk robot taksiləri 28 iyun 2025-ci ildə fabrikdən ayrılaraq avtonom şəkildə sahiblərinin evlərinə hərəkət edəcək.
Avtosfer.az xəbər verir ki, Robotaxi xidmətinə ilk olaraq Texas ştatının Ostin şəhəri və onun bəzi əraziləri ev sahibliyi edəcək. Səfərlər isə sınaq məqsədilə 22 iyunda başlayacaq. Lakin Elon Musk bu tarixlərin dəyişə biləcəyini də vurğulayıb.
Tesla-nın yeni robot taksiləri şirkətin ən son HW4 texnologiyası və tam avtonom sürüş sistemi olan FSD (Full Self-Driving) ilə təchiz olunacaq. Bu sistem günəş parıltısı kimi vizual maneələrə qarşı daha davamlı kameralarla işləyir.
Şirkət təhlükəsizlik risklərinə qarşı əlavə tədbirlər də nəzərdə tutub. Sızdırılan məlumatlara əsasən, lazım gəldikdə, uzaqdan müdaxilə edə biləcək operatorlar sistemə nəzarət edəcək. Bu da robot taksi xidmətinin ilkin mərhələdə ciddi nəzarət altında həyata keçiriləcəyini göstərir.(News24.az)
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












