"Jetour" sevgililər günündə daha bir möhtəşəm modeli təqdim edəcək - FOTO

Jetour fevralın 14-də Çində benzin mühərrikli yeni Freedom krossoverinin satışına başlayacaq.
Avtosfer.az “CarNewsChina” nəşrinə istinadən xəbər verir ki, Freedom xarici görünüşcə Jetour Shanhai T1 plug-in hibrid SUV-nin benzin variantına bənzəyir. Hər iki modelin kuzov forması və ölçüləri eynidir.
Nəşr qeyd edir ki, avtomobilin uzunluğu 4706 mm, təkər bazası isə 2810 mm-dir. Avtomobil modul LED fara və damında baqaj tutacağı ilə təchiz olunub.
Freedom iki benzin mühərrik variantı ilə –
maksimum 181 at gücünə malik 1,5 turbo mühərrik və yeddi pilləli avtomatik transmissiya ilə və
251 at gücü hasil edən 2,0 litrlik mühərrik və səkkiz pilləli hidromexanikli avtomatik transmissiya ilə təqdim olunacaq. Avtomobil tam ötürücüdür.
Onun qiyməti hələlik sirr qalır, lakin Jetour Freedom model sıralamasında Traveller-dən aşağı pillələrdə yerləşdiyindən daha ucuz başa gələcəyi gözlənilir.
Namiq Musayev
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












