Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı

Bakıda "Mercedes-Benz CLA250” markalı avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs cəzalandırılıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 21 avqust 1976-cı ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş Xanlar Arif oğlu Məmmədovun Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Xanlar Məmmədov hüququ və etibarnaməsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes-Benz CLA250” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib. Hadisə zamanı yolu piyada keçən O.R. vurulub. Nəticədə zərərçəkmiş sağ ayağının V daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı xəsarəti alıb.
Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilə mindirərək tibb müəssisəsinə aparmayıb. O, piyadanı "Neftçilər” metrostansiyasının yaxınlığında düşürərək hadisə yerindən uzaqlaşıb. Bu zaman şəxsiyyəti barədə zərərçəkmişə dəqiq məlumat verməyib.
Xanlar Məmmədov məhkəmədə bildirib ki, uzun illər Rusiyada yaşayıb və sürücülük vəsiqəsini də həmin ölkədə alıb. Onun sözlərinə görə, avtomobili adətən sürücüsü Rəfail Həsənov idarə edir. Lakin hadisə baş verən gün sürücü özünü pis hiss etdiyindən avtomobili özü idarə edib.
Təqsirləndirilən şəxs həmçinin şəkər xəstəsi olduğunu və hadisə zamanı özünü pis hiss etdiyini deyib. Buna görə də zərərçəkmişi evinə apara bilməyəcəyini bildirərək ona 5 manat verib və taksi ilə getməsini təklif edib.
Məlumata görə, Xanlar Məmmədov zərərçəkmişə yanlış telefon nömrəsi də verərək hər hansı problem yaranarsa zəng etməsini bildirib.
Məhkəmədə zərərçəkmiş deyib ki, səhv nömrənin verildiyini düşündüyü üçün əsəbiləşib və Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Daha sonra özü xəstəxanaya müraciət edərək müalicə alıb.
Məhkəmənin hökmü ilə Xanlar Məmmədov 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Xanlar Məmmədov uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












