Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA

son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də avtomobillərin üzərinə stiker formasında dövlət gerbinin yapışdırılması ilə bağlıdır. Bəzi istifadəçilər bununla bağlı cərimə tətbiq edildiyini iddia edir, bəziləri isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirir.
Bəs avtomobilin üzərinə dövlət gerbinin stiker formasında yapışdırılmasına görə Azərbaycanda hazırda hər hansı cərimə nəzərdə tutulurmu?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a bununla bağlı hər hansı bir cərimə nəzərdə tutulmadığını bildirib.
"Yalnız bayraqdan istifadə ilə bağlı qanunvericilikdə müəyyən tələblər var və buna əməl etmək lazımdır. Ümumiyyətlə, dövlət atributlarından istifadə zamanı sürücülər diqqətli olmalıdırlar. Gerbin vurulmasına gəlincə, yol hərəkəti təhlükəsizliyi baxımından yanaşsaq, bu, təhlükəli ola bilər. Xüsusən də qabaq alın şüşəsinə yapışdırıldıqda müəyyən dərəcədə görünüş dairəsini məhdudlaşdırır. Məsələn, sağ və ya sol küncdə yerləşdirildikdə sürücü sağa-sola dönərkən qapı dirəyinin, yaxud da kor nöqtənin təsiri ilə yanaşı, gerbin görüntünü məhdudlaşdırması səbəbindən piyadanı və ya hər hansı maneəni görməyə bilər. Bu cür risklər mövcuddur. Biz bunu deyirik, bəzi insanlar gülür, lağ-lağı edir, ciddiyə almır. Amma hadisə başlarına gələndən sonra dərk edirlər ki, bu, həqiqətən təhlükəli imiş".

Ekspert əlavə etdi ki, şüşəyə gerbi yapışdırırlar, müəyyən müddətdən sonra günün təsirindən o, solur və çox pis görüntü yaranır:
"İnsanlar ilk növbədə dövlət atributlarına hörmətlə yanaşmalıdırlar. İkincisi isə, qoruyub saxlaya bilmirlərsə, istifadə etməsinlər. Əsas məsələ təhlükəsizliklə bağlıdırsa, bəli, yol hərəkəti təhlükəsizliyi baxımından da risk yaradır. Buna görə də belə hallardan çəkinmək lazımdır".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












