Naxçıvanda hibrid avtomobillərin sayı 3 dəfə artdı

2026-cı ilin əvvəlinə muxtar respublikada qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 56 min 510-a çatıb. Bu, illik müqayisədə 10,3 faiz artım deməkdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, strukturda əsas payı ənənəvi olaraq minik avtomobilləri təşkil edir.
Onların sayı 47 min 86 ədədə yüksələrək bir il ərzində 11,5 faiz artıb. Bununla yanaşı, muxtar respublikada 7 min 384 yük avtomobili, 1 031 avtobus, 519 xüsusi təyinatlı və təcili tibbi yardım avtomobilləri, eləcə də 490 pikap və furqon qeydiyyatdadır.
Bu dövrdə əsas tendensiyalardan biri də “yaşıl nəqliyyat”a keçidin sürətlənməsidir. Belə ki, hibrid mühərrikli minik avtomobillərinin sayı cəmi bir il ərzində 797-dən 2 440-a yüksələrək 3 dəfə artıb. Elektrik mühərrikli avtomobillərin sayı da artaraq 220 ədədə çatıb.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












