“Niva”nın 49 yaşı tamam oldu - FOTO

1977-ci il aprelin 5-də ilk “Niva” (rəsmi adı VAZ-2121) Volqa Avtomobil Zavodunun (VAZ) konveyerini tərk etdi.
Avtosfer.az xəbər verir ki, avtomobilin bizim tanıdığımız formada ərsəyə gəlməsi təıxminən 5 il çəkib ki, bu da həmin dövrün normalarına uyğundur.
49 ildə avtomobil bir neçə dəfə yenilənsə də, bunlar formal xarakter daşıyıb. İlk yenilənmə 1994-cü ildə baş verib. Bu zaman mühərrik gücü artırılıb, beşpilləli ötürmə tətbiq edilib, salonun konfiqurasiyası dəyişib. XXI əsrdə də avtomobildə konstruksiya dəyişikliyi aparılsa da, kuzov demək olar əvvəlki kimi qalıb. Avtomobildə müasir dövr üçün standart hesab edilən avtomat ötürmə, effektli hava yastıqları və digər vacib komponentlər yoxdur.
Maşın həm SSRİ-yə, həm də müasir Rusiyaya hörmət gətirib. Müasir Rusiya üçün bu modelin əass üstünlüyü sanksiyaların onun istehsalına mane olmamasıdır.
Əlbəttə ki, “Niva” çox yazmaq olar. Lakin Avtosfer.az saytının arxivində bununla bağlı çox sayda material olduğundan təkrara ehtiyac duymuruq. Bununla belə, maraqlananlar aşağıdakı linklərə nəzər yetirə bilərlər.
https://avtosfer.az/az/avtoreyd/niva-bir-brendin-tarixcesi-207901
https://avtosfer.az/az/avtoxeber/niva-urban-ve-niva-2121-ferqleri-nedir-foto-202256
Vüqar

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












