Ötən il “Porsche”nin mənfəəti 30 faiz azaldı

Dünyanın bahalı avtomobil markalarından olan “Porsche”nin mənfəəti ötən il kəskin şəkildə azalıb.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, mərkəzi ofisi “Ştutqart”da yerləşən avtomobil istehsalçısı illik mənfəətinin 30 faiz azalaraq 3,6 milyard avroya düşdüyünü açıqlayıb. Müqayisə üçün, şirkət 2023-cü ildə 5,2 milyard avro mənfəət əldə edib.
Şirkət bu geriləməni artan xərclər və Çin bazarındakı satışların əhəmiyyətli şəkildə azalması ilə əlaqələndirib. Ötən il avtomobil satışları 3 faiz azalaraq 310 min 700-ə düşüb. Azalma Çin bazarında 28 faiz təşkil edib.
Fevral ayında şirkət rəhbərliyində bir sıra dəyişikliklər olunduğu və iki əsas rəhbər şəxsin vəzifədən uzaqlaşdırıldığı açıqlanıb. Bundan əlavə, “Porsche” daxiliyanma mühərrikləri və “plug-in” hibridlərə yenidən daha çox sərmayə yatırmaq qərarına gəlib. “Porsche” rəhbərliyi 2029-cu ilə qədər 1900 iş yerini ixtisar edəcək. Şirkət 2025-ci ildə yeni modellər və qənaət proqramı ilə geriləmənin qarşısını almaq üçün 800 milyon avro sərmayə yatıracaq.(azərtac)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












