“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Almaniyanın avtomobil istehsalçısı “Porsche” şirkəti “Mission S” adlı yeni super modelini təqdim etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, şirkətin məlumatına görə, yeni model markanın 911 seriyasından daha yüksək mövqedə yer alacaq.
Avtomobilin Nyu-Yorkda konsept nümunəsi artıq sərgilənib. Hələlik yalnız konsept mərhələsində olan avtomobilin bazara çıxarılma vaxtı dəqiq açıqlanmayıb. Modelin qiymətinin təxminən 500 min avro olacağı ehtimal edilir.
“Mission S” üçün orta mühərrikli platforma nəzərdə tutulur. Bu arxitekturanın gələcəkdə digər modellərdə və konsernin başqa markalarında da istifadəsi planlaşdırılır. İkiyerlik salonun iri ekranlardan imtina edən klassik dizaynı avtomobilin ənənəvi idman üslubunu ön plana çıxarır.
Şirkət mühərrik barədə ətraflı məlumat açıqlamayıb. Modelin enerji doldurulan hibrid versiyasının hazırlanması nəzərdə tutulsa da, tam elektrik variantı hazırda planlaşdırılmır. Bu yanaşma “Porsche”nin gələcək məhsul xəttində daxiliyanma mühərriklərinə yenidən xeyli yer ayıracağı strategiyasına uyğundur./azertac
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












