"Porsche" Almaniyada daha 4 min işçisini ixtisar edə bilər

Almaniyanın lüks avtomobil brendi olan "Porsche" əlavə 4 min iş yerini ixtisar edə bilər.
Avtosfer.az "Handelsblatt" nəşrinə istinadən xəbər verir ki, şirkət xərclərin optimallaşdırılması üçün yeni tədbirlər planı hazırlayır.
Xatırladaq ki, şirkət hələ mart ayında 2029-cu ilədək 3.9 mindən çox əməkdaşla yollarını ayıracağını elan etmişdi. İndi isə həmin plana əlavə olaraq daha 4 min nəfərin işdən çıxarılması ehtimalı nəzərdən keçirilir.
Nəşrin məlumatına görə, yeni ixtisar dalğası əsasən idarəetmə və inzibati bölmələri əhatə edəcək. Bununla yanaşı, Vaysax kommunasında yerləşən mühəndislik və tədqiqat mərkəzində işçilərin sayının 30 faiz azaldılması variantı da araşdırılır.
Şirkət rəsmisi DPA agentliyinə verdiyi açıqlamada optimallaşdırma addımlarının hazırlandığını təsdiq etsə də, ixtisarların dəqiq miqyası barədə məlumat verməyib. Qeyd olunub ki, avtomobil konserninin müvafiq tədbirlər paketi iyul ayının sonunadək hazır olacaq.
Son illər Almaniyanın avtomobil sənayesi ciddi böhranla üz-üzədir. İlkin olaraq koronavirus pandemiyasının səbəb olduğu bu tənəzzül, 2022-ci ildən etibarən enerji daşıyıcılarının qiymətinin kəskin bahalaşması və Çinin elektromobil istehsalçıları ilə rəqabətin güclənməsi fonunda daha da dərinləşib.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












