“Porsche” ilin üçüncü rübündə bir milyard avro zərər etdiyini açıqlayıb

Almaniyanın bahalı avtomobil istehsalçısı “Porsche” ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyini açıqlayıb.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, proqnozlaşdırılandan da çox olan bu zərəri şirkət strateji yenidənqurma prosesi ilə izah edib.
Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 99 faiz azalaraq 4 milyard avrodan 40 milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyat itkisi qeydə alınıb.
Konsern xüsusilə Çində satışların azalmasından və ölkədəki lüks avtomobil bazarının iqtisadi zəiflik səbəbindən kəskin şəkildə daralmasından əziyyət çəkir. ABŞ-ın yüksək idxal rüsumları da şirkətə böyük zərər vurub.
Bununla belə strateji istiqamətin dəyişdirilməsi də əlavə xərclər yaradır. Belə ki, “Porsche” planlaşdırılmış elektrik platformasının tətbiqini təxirə salıb, batareya istehsalını dayandırıb və daxiliyanma mühərrikli modellərə daha çox diqqət yetirir. Qazancın kəskin azalmasına baxmayaraq, şirkətin gəliri və satış həcmi cəmi 6 faiz azalıb. “Porsche” bu ilin sentyabrınadək 212 min avtomobil sataraq 27 milyard avro dövriyyəyə nail olub.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












