“Porsche” şirkəti Almaniyanın əsas birja indeksini tərk edir

“Porsche AG” şirkəti Almaniyanın əsas birja indeksi DAX-da daha təmsil olunmayacaq. Ciddi iqtisadi çətinliklərlə əlaqədar dəyər itirən “Porsche AG” Almaniyanın birjada qeydiyyatdan keçmiş ən iri və dəyərli 40 şirkətini birləşdirən DAX indeksini tərk edir.
Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Alman Birjasının məlumatında bildirilir.
“Volkswagen”in törəmə şirkəti olan “Porsche” satışların azlığından əziyyət çəkir. Son bir ildə şirkətin səhmləri təxminən 30 faiz ucuzlaşıb. Bu, son dövrdə ciddi gəlir itkisi ilə üzləşən alman avtomobil sənayesindəki böhranın göstəricisidir. Avtomobil şirkətlərinin səhmlərinin ucuzlaşması ilə əlaqədar son illərdə DAX-da avtomobil sektorunun çəkisi də azalıb.
“Porsche AG”dən fərqli olaraq, “Porsche Automobil Holding SE” DAX-da qalır. Bu investisiya şirkəti 31,9 faizlə “Volkswagen”in ən böyük səhmdarıdır. Şirkət “Porsche AG”nin də səhmlərinin səkkizdəbirinə sahibdir.
“Porsche AG” ilə yanaşı, dərman və laboratoriya təchizatçısı “Sartorius” şirkəti də artıq DAX-da təmsil edilməyəcək və onlar orta dəyərli şirkətlər indeksinə - MDAX-a keçirilir. Bu iki şirkəti əsas indeksdə daşınmaz əmlak platforması “Scout24” və avadanlıq istehsalçısı “Gea” əvəzləyir.(nuhçıxan)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












