"Porsche"nin satışları 6% azaldı

"Volkswagen" qrupuna daxil olan Almaniyanın premium avtomobil istehsalçısı "Porsche"nin satışları bu ilin birinci yarısında 6% azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Buna səbəb Çin və Almaniyada tələbin azalması olub. Satılan avtomobillərin ümumi sayında elektriklə işləyən avtomobillərin payı isə 23,5 faiz təşkil edib.
Şirkətin aprel-iyun aylarında satışları 146 391 ədədə qədər azalıb. Ötən ilin eyni dövründə 155 945 ədəd avtomobil satılıb.
Hesabatda qeyd olunur ki, Çində "Porsche" avtomobillərinin satışı 28% azalıb ki, bu da həm çətin bazar şərtləri, həm də Çin bazarında yüksək rəqabətlə bağlıdır. Almaniyada "Porsche" satışları 23%, Avropada 8% azalıb, Şimali Amerikada və digər bazarlarda 10% artıb.
Qeyd olunur ki, Şimali Amerika "Porsche"nin ən böyük bazarı olaraq qalır və ilin birinci yarısında regionda satış rekordu 43 577 avtomobilə çatıb.(iqtisadiyyat.az)
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












