Qlobal elektrikli avtomobil satışları rekord qırdı - HESABAT

Qlobal elektrikli avtomobil satışları sentyabr ayında 2 milyon həddi keçərək rekord qırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Rho Motion tədqiqat şirkəti sentyabr ayı üzrə qlobal elektrik avtomobil satışları ilə bağlı məlumat açıqlayıb.
Müvafiq olaraq, ötən ay dünya üzrə 2,1 milyon elektrikli avtomobil satılıb. İlk dəfə olaraq elektrikli avtomobil satışları aylıq 2 milyon həddi keçərək rekord olub.
Sentyabrda satışlar aylıq 20 faiz, illik 24 faiz artıb.
Rekord satışlardan sonra yanvar-sentyabr aylarında dünya üzrə satılan elektrik avtomobillərin ümumi sayı 14,7 milyona çatıb. Bu dövrdə satışlar ötən illə müqayisədə 26 faiz artıb.
Araşdırmalara görə, ötən ay dünyada satılan 2,1 milyon elektrikli avtomobilindən 1,3 milyonu Çində qeydə alınıb. Ölkədə satışlar yanvar-sentyabr ayları arasında 24% artaraq 9 milyon ədədə çatıb. Bu da o deməkdir ki, ümumi satışların 61 faizi Çində olub.
Bundan əlavə, elektrikli avtomobil satışları keçən ay Avropada da rekord həddə çatıb. Belə ki, bu dövrdə regionda 427 min elektrikli avtomobil satılıb. Sentyabrda satışlar aylıq müqayisədə 55 faiz, illik müqayisədə isə 36 faiz artıb.
Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya Avropada elektrikli avtomobil satışları üçün əsas bazarlar hesab edilir.
Avropada elektrikli avtomobil satışları bu ilin ilk 9 ayında isə 32% artaraq 3 milyon olub.
Eyni zamanda, ABŞ, Kanada və Meksika da daxil olmaqla Şimali Amerikada elektrikli avtomobil satışları yanvar-sentyabr aylarında 11 faiz artaraq 1,5 milyona çatıb.
Yanvar-sentyabr ayları arasında dünyanın qalan bölgəsində ümumi elektrikli avtomobil satışları isə 48% artaraq 1,2 milyona çatıb.(İqtisadiyyat)
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












