Rusiya avtomobil sənayesi üçün bədbin proqnoz

2022-ci ildə Ukrayna müharibəsinin başlaması Rusiyada avtomobil sektoruna ciddi zərbə vurdu. Avropa markaları bazarı tərk etdi, ənənəvi istehsalçılar istehsalı aşağı saldı. 1 il sonra çinlilərin gəlişi ilə vəziyyət yaxşılaşdı, amma müvəqqəti.
Avtosfer.az xəbər verir ki, Avropa Avtomobil Konstruktorları Assosiasiyasınım ekspertləri Rusiyanın avtomobil sənayesi barədə pronoz veriblər. Göstərilir ki, martda Federasiyada 82 600 avtomobil satılıb. Bu da illik əsasda 45 faiz geriləmə deməkdir. Bu il isə ölkədə ən çoxu 1 milyon ədəd yəzə maşın satılması gözlənilir. Satışlar
azaldığı üçün satış məntəqələri bağlanacaq, əsas istehsalçı olan Avtovaz istehsal tempini azaldacaq. Bu da işsizlik göstəricisinə təsirsiz ötüşməyəcək. Çinli istehsalçılar da bazarı tərk edirlər. Onlar satılmayan maşınlardan qurtulmaq üçün bəzən 10 min dollar endirimə gedirlər.
Rus avtomobil bloqerlərinə görə Avtovaz hökumətdən keçmiş partnyoru "Renault"nu bazara buraxmamağı tələb edib. Tolyattili istehsalçı faktı təkzib etsə də, əksəriyyət bunu real hesab edir.
Bundan əlavə, avropalı və müstəqil rus ekspertlər bir məsələdə həmrəydirlər: koreyalı istehsalçılar geri qayıtsa, Avtovaz böhran keçirəcək.
Vüqar Yaşaroğlu
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












