Şarj oluna bilən hibrid avtomobilləri havanı daha çox çirkləndirir - ARAŞDIRMA

Yeni bir araşdırmaya əsasən, şarj olunan hibrid avtomobillər əslində ekoloji cəhətdən daha az təmizdir. Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir.
Məlumata görə, "Transport & Environment" təşkilatı 2021-2023-cü illər arasında Avropada qeydiyyatdan keçmiş yüzminlərlə avtomobili tədqiq edib və aşkar edib ki, belə maşınlar adi benzinlə və dizellə işləyən avtomobillərdən cəmi 19% az karbon qazı buraxır. Əvvəllər Avropa İttifaqı hibridmühərrikli avtomobillərin tullantıları 75% azaltdığını iddia edirdi. Tədqiqatçı Yohann Qimberin sözlərinə görə, Avropada bir çox sürücü hibrid avtomobillərini nadir hallarda şarj edir və daha tez-tez benzin mühərrikindən istifadə edirlər. Nəticədə real məlumatlar göstərir ki, elektrik mühərriki yalnız hərəkət vaxtının 27%-i ərzində işlədilir, halbuki rəsmi qiymətləndirmələr bu rəqəmi 84% kimi göstərirdi. Hətta tam "elektrik" rejimində belə, hibridlə işləyən avtomobillər sürətin artırılması və ya yoxuşla hərəkət zamanı benzin mühərrikindən qismən istifadə etməyə davam edir. Bu, bir kilometrə 68 qram karbon tullantısı ilə nəticələnir ki, bu da rəsmi göstəricilərdən doqquz dəfə çoxdur. Alimlərin fikrincə, hesablamalardakı bu cür xətalar "Volkswagen", BMW və "Mercedes-Benz" də daxil olmaqla avtomobil istehsalçılarının təxminən beş milyard avro cərimədən yayınmasına şərait yaradıb.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












