Servisdən elektromobil sahibinə tövsiyə: maşını sat, qurtul

Belə bir qəribə halla belçikalı Mercedes sahibi rastlaşıb.
Avtosfer.az “Le Journal Economique”ə istinadla xəbər verir ki, Belçika vətəndaşı 2022-ci ilin yanvarında Mercedes EQV alıb. 5 000 kilometr qət etmiş avtomobilə 74 000 (148 000 AZN) ödəyən şəxs həm son texnologiyalı elektromobil aldığını, həm də qənaət edəcəyini düşünüb.
İlk vaxtlar lüks avtomobildə hər şey qaydasınad gedib. Lakin son 1 ayda batareyanın indikatoru daimi yanmağa başlayıb, qəribə səs yaranıb.
Avtomobili servisə apardıqda məlum olub ki, elektrik mühərrikində problem yaranıb. Bunun yenisi ilə əvəzlənməsi isə 10 min avro (17 000 manat) tələb edir. Lakin servisdə nasazlığı aradan qaldırmaq əvəzinə ona maraqlı “məsləhət verilib”: mümkün qədər tez sat canını qurtar.
Elektromobilə bütün istismar müddətində rəsmi servisdə qulluq etdirmiş belçikalının zəmanət çərçivəsində mühərriki dəyişdirmək cəhdi də boşa çıxıb.
Ona bildirilib ki, maşını özü Almaniyadan alıb gətirdiyi üçün zəmanətdən kənarda qalıb.
Yerli ekspertlər bildirirlər ki, bu “əsaslandırma” bütün rəsmi servislərin ortaq yalanıdır.
Vüqar
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












