Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar

Sürücülər bu gün ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmisi Rüfət Əmiraslanov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.
"Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Sürücülər bilməlidirlər ki, hər hansı ehtiyat hissəsini alanda onun fəsadları hansı formada baş verə bilər. Yəqin ki, hamımız görmüşük və bilirik ki, son vaxtlar avtomobillərin sırf texniki nasazlıq səbəbindən baş vermiş nəqliyyat qəzalarının fəsadları necə ağır olur. Sürücülər orijinal olmayan saxta malların birbaşa onların həyatına, yəni ölümünə və yaxud ağır yaralanmasına gətirib çıxara biləcəyini dərk etməlidirlər. Bu baxımdan, sürücülərimizin məsuliyyətli olmasını və bu fəsadların hara gətirib çıxaracağını şüurlu şəkildə qəbul etməsini vacib hesab edirəm. Onlar bu malları özləri qərar verib alırlar. Məsələn, 10 manatlıq malı hansısa qeyri-rəsmi servisdə 3 manata təklif edirlərsə, biz gedib ondan istifadə edirik. Çünki düşünürük ki, 10 manat büdcəmizə uyğun deyil. Amma biz bunun fəsadlarını və risklərini mütləq bilməliyik".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












