Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - AÇIQLAMA - VİDEO

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqdim etməlidir. Mövcud qaydalara əsasən, bütün tələbləri yerinə yetirən şəxslər sürücülük vəsiqəsi əldə edirlər.
Bəs bu vəsiqənin müddətsiz verilməsi nə dərəcədə doğrudur və mümkündürmü?
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun Baku TV-yə bildirdiyinə görə, sürücülük hüququnun müəyyənləşdirilməsində əsas meyar yaş deyil, şəxsin sağlamlıq vəziyyətidir.
O bildirib ki, 70 yaşdan yuxarı sürücülər hər iki ildən bir tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış təqdim etməlidirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, sürücülük hüququ yaşa görə deyil, sağlamlıq göstəricilərinə əsasən qiymətləndirilməlidir. Onun fikrincə, görmə qabiliyyəti, psixoloji və fiziki vəziyyəti sürücülük üçün uyğun olan şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












