Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? - "Çin öz xeyrinə olanı edəcək" - VİDEO

Elektrikli avtomobillər bir zamanlar gələcəyin əsas nəqliyyat vasitələri kimi təqdim olunsa da, bəzi iri şirkətlər artıq elektriklə çalışan avtomobil istehsalından imtina etmək qərarına gəliblər. Səbəb tələbatın gözləniləndən aşağı, xərclərin isə yüksək olmasıdır. Mütəxəssislər deyirlər ki, bu, Çin bazarının yürütdüyü növbəti strategiyadır.
Avtosfer.az-ın məlumatına görə, avtobloqer Araz Mübarizoğlu Baku TV-yə bildirib ki, dünya üzrə elektrik batareyalarının əsas istehsalçısı məhz Çindir:
"Dünyanı elektrik batareyaları ilə təmin edən böyük bir ölkə var - bu da Çindir. CATL, BYD kimi iri şirkətlər "Mercedes" də daxil olmaqla bir çox məşhur brendlərə batareyalar satırlar. Ümumilikdə istehsalın təxminən 60-70 faizi Çinin payına düşür. Son illərdə Avropa və ABŞ şirkətləri də görür ki, Çin artıq bu sahədə üstünlük qazanıb. Çin öz modelləri üçün batareyaları daha ucuz qiymətə istehsal edir. Daxili bazar üçün daha ucuz başa gələn məhsul xarici bazarlara daha yüksək qiymətə təqdim olunur. Bu isə digər istehsalçıları alternativ olaraq daxili yanma mühərrikli avtomobillərə üstünlük verməyə sövq edir".
Qeyd edək ki, son illərdə ölkəmizdə də elektrikli avtomobillərə tələbat azalıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 204 ədəd yalnız elektrik mühərriklə işləyən nəqliyyat vasitəsi gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 105 ədəd və ya 34%, dəyər ifadəsi ilə isə 3.3 milyon ABŞ dolları və ya 2.4 faiz azdır.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












