Texniki baxış müddəti bitdikdən sonra verilən 20 günlük möhlət ləğv edilib?

Son günlər avtomobil sahibləri arasında texniki baxış müddəti ilə bağlı yeni dəyişikliklərin edildiyi, xüsusilə də müddət bitdikdən sonra verilən 20 günlük möhlətin ləğv olunduğu barədə iddialar geniş müzakirəyə çıxarılıb. Sosial şəbəkələrdə yayılan bu məlumatlar sürücülər arasında çaşqınlıq yaradıb və mövcud qaydaların dəyişib-dəyişmədiyi ilə bağlı suallar doğurub.
Bəs həqiqətən də texniki baxışdan sonra verilən 20 günlük möhlət müddəti ləğv edilib?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, səsləndirilən iddiaların hüquqi əsası yoxdur.
“Texniki baxış müddəti başa çatdıqdan sonra qüvvədə olan 20 günlük möhlət hələ də ləğv edilməyib və mövcud qanunvericilikdə dəyişiklik baş verməyib. Sürücülər texniki baxışın vaxtı bitdikdən sonra əlavə olaraq 20 gün ərzində nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər. Bu müddət ərzində hər hansı inzibati cərimənin tətbiqi qanunsuz hesab olunur”.
Tağı Hüseynov əlavə edib ki, hazırda bu qaydanın dəyişdirilməsi ilə bağlı rəsmi qərar və ya normativ akt mövcud deyil. Buna görə də vətəndaşlar yayılan qeyri-rəsmi məlumatlara deyil, yalnız rəsmi mənbələrə istinad etməlidirlər.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












